Brick To Brick Məktəbində İncə Sənət Dərsləri Başlayır!
Uşaqlarınız beynəlxalq incəsənət təcrübəsinə sahib olsun!
Brick to Brick beynəlxalq məktəbi incəsənət təhsilini uşaq yaşlarından peşəkar səviyyədə öyrətməyi qarşısına məqsəd qoyur. Baş ofisi Rusiyada yerləşən bu məktəb, illərlə sınanmış proqramı və təcrübəli pedaqoqları ilə artıq sizin akademiyada da uşaqlar üçün əlçatan olacaq.

Uşaqlar üçün rəssamlıq və sənət dərsləri həftədə 2 dəfə 1-1.5 saat olmaqla keçirilir. Övladlarınız öz yaşıdlarına uyğun uşaqlar ilə qruplaşdırıldıqdan sonra dərslərinə başlayır və öz bacarıqlarını üstə çixara bilirlər.
Dərs Proqramı
Rəngkarlıq texnikaları – akvarel, guaş, akril, yağlı boya ilə işləmə
Qrafika və eskizlər – karandaş, marker, pastel və müxtəlif texnikalar
Kompozisiya və rəng harmoniyası – balans, perspektiv, işıq-gölge qaydaları
Bədii üslublar – klassik sənətdən kubizm və impressionizmə qədər müxtəlif istiqamətlər
Müşahidə əsasında rəsm – təbiət, insan fiquru və əşyaların təsviri
Fərdi əsər yaradılması – hər dərsdə uşaq öz yaradıcılıq işini ortaya qoyur
Kursun Üstünlükləri!
Beynəlxalq məktəb statusu – proqram Brick to Brick-in Rusiyada hazırlanan beynəlxalq standartlı metodikası əsasında qurulub
Peşəkar müəllimlər – Rusiyadan gəlmiş rəssam və incəsənət pedaqoqları dərsləri keçir
Sertifikatlı proqram – uşaqlar kursun sonunda beynəlxalq səviyyədə tanınan sertifikat əldə edirlər
Yaradıcılıq və özünüifadə – kurs uşaqların təxəyyül gücünü inkişaf etdirir və öz hisslərini incəsənətlə ifadə etməyə imkan yaradır
Sərgilər və təqdimatlar – uşaqlar öz əsərlərini nümayiş etdirməklə həm motivasiya, həm də özünəinam qazanırlar
Brick to Brick beynəlxalq məktəbinin İncə Sənət dərsləri uşaqlara incəsənətin dərinliklərini öyrədir, onlarda estetik zövq formalaşdırır və yaradıcı düşüncəni gücləndirir. Bu dərslər uşaqların daxili rəssamını üzə çıxarır və onlara beynəlxalq səviyyədə sənət bilikləri qazandırır.
Dərslərin Aylıq Ödənişi 140 azn
Qeydiyyat!