İxtisaslı Mütəxəsislər

Müəllim Heyyəti

Aleksandr Nikitin – Azercell Telecomda IT texniki dəstək komandasının təcrübəli mühəndislərindən biridir.

O, Milli Aviasiya Akademiyasının “komputer mühəndisliyi” ixtisasından məzundur və əlavə olaraq Comptia A+ sertifikatına sahibdir.

Onun informasiya texnologiyaları və proqramlaşdırma sahəsində unikal bilikləri, eləcə də fiziki məhdud uşaqlarla pedaqoji təcrübəsi öyrənməyə və öyrətməyə yanaşmasını interaktiv, əhatəli edir. Aleksandrın peşəkar rəhbərliyi altında IT bacarıqlarınızı təkmilləşdirin.

Aleksandr Nikitin

Proqramlaşdırma Müəllimi

Tamerlan Bunyadov – Azercell şirkətində 24 ildən çox iş təcrübəsinə sahib, informasiya texnologiyaları sahəsində nüfuzlu ekspertdir. Onun peşəkar yolunda yüksək ekspertiz və nəticələrə nail olmaq kimi xüsusiyyətləri var.

Tamerlan çoxsaylı proqramlaşdırma dillərində böyük bacarığa sahibdir, bu da ona informasiya texnologiyaları sahəsində çətin vəzifələri uğurla həll etmək imkanı verir.

Onun bacarıqları geniş texnologiya spektrini əhatə edir və o, Microsoft, Ericsson, Avaya, Cisco kimi dünya şirkətlərinin mütəxəssisidir.

Tamerlan Bünyadov

Proqramlaşdırma üzrə mütəxəssis

Amina Movlanova dizayn və memarlıq sahəsində bilik və bacarıqlara sahib gənc mütəxəssisdir. O, qrafik və veb-dizaynla yanaşı, müasir memarlıq prinsiplərini də tədris edərək tələbələrə yaradıcı yanaşma, estetik zövq və funksional düşüncə qabiliyyəti aşılamağa çalışır.

Onun dərslərində tələbələr həm nəzəri biliklər, həm də praktik layihələr üzərində işləmə imkanı qazanır, müasir trendlərlə tanış olur və öz yaradıcılıq potensiallarını inkişaf etdirirlər. Amina üçün əsas məqsəd – gənclərin dizayn və memarlıq sahəsində peşəkar inkişafına dəstək olmaqdır.

Aminə Movlanova

Memarrlıq Və Dizayn Müəllimi

Lalə Yavərli inşaat mühəndisliyi ixtisası üzrə ali təhsilli interyer dizayneridir. Peşəkar karyerasına işaatda konstruktor mühəndisi kimi başlayıb və 2021-ci ildən interyer dizayn sahəsində işləyir.

Lalə həm materiallar, konstrukrsiyalar, memarlıq üslublar, rəng və işığın harmoniyasını, həm də bütün bunların insanın əhvalına, motivasiyasına və sağlamlığına necə təsir etdiyini bilir.

Lalə müəllimə dizayn layihələrinin hazırlanmasında və onların həyata keçirilməsində praktiki təcrübə, uşaqlar və yeniyetmələrlə kommunikasiya bacarığı ilə yanaşı, memarlıq və dizayn sahəsinə böyük maraq, diqqət və həvəs yaradır.

Lalə Yavərli

İnterier Dizayn Müəllimi

Abduraxmanova Nigar Rusiya Kimya-Texnologiya Universitetini bitirib və dəqiq elmlər və texnologiyalar sahəsində möhkəm biliklər əldə edib.
Artıq iki ildən çoxdur ki, Nigar uşaqlarla işləyir və onların proqramlaşdırmanın əsaslarını öyrənməsinə kömək edir. O, dərslərində Python proqramlaşdırma dilindən istifadə edir, həmçinin Microsoft Office və digər tətbiqi proqramlarla işləməyi öyrədir.


Onun məqsədi uşaqlara sadəcə kod yazmağı öyrətmək deyil, həm də proqramlaşdırmanın maraqlı, yaradıcı və faydalı bir məşğuliyyət olduğunu göstərməkdir. Dərslərdə mürəkkəb mövzuları sadə dillə izah edir və hər bir uşağın marağını qorumağı bacarır.

Abduraxmanova Nigar

Python Müəllimi

Azərbaycanın tanınmış rəqəmsal marketing mütəxəsislərindən biri, şəxsi inkişaf mentoru olan Ramil İlhamlı  2016-2017-ci ildən etibarən Sosial Media marketing üzrə fəaliyyətdədir. 20dən çox  marka  yaratmış 200dən çox  smm  fəaliyyətinin təşkilində iştirak və rəhbərlik etmişdir.  Global Company Grup MMC  həmçinin,   Digitaldot.az  və Xett Agnetliyinin təsisçi direktorudur. 2019 cu ildən etibarən  təlimçilik fəaliyyətində bu günədək 700-dən çox Smm  mütəxəsis  və 50dən çox  satış  mütəxəsisi yetişdirmişdir. 4 mindən çox  auditoriyaya fərqli mövzularda  inkişaf təlimləri vermişdir. İlk  təhsili Maliyyə  2ci  təhsili Marketing üzrədir.  Halhazırda bir neçə rəqəmsal marketing  fəaliyyətinə rəhbərlik edir. Daim öyrənmək və inkişaf Ramil İlhamlının tək seçimidir! İnkişafa meyilli hərkəsə dəstək olmağı sevir.

Ramil İlhamlı

Marketinq Mütəxəssi