Uşaqlarınızı gələcəyin memar və dizaynerlərinə çevirin!
Dizayn və Memarlıq kursumuz 4–17 yaş arası uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulub. Kurs, sadəcə rəsmdən ibarət deyil – burada onlar real layihələr üzərində işləyir, maketlər hazırlayır və məkan düşüncəsini inkişaf etdirirlər. Bu dərslər uşaqlara həm yaradıcılıq bacarıqları, həm də gələcəkdə peşəkar istiqamət seçimi üçün möhkəm baza verir. Bu dərslər beynəlxalq məktəb olan Brick To Brick tərəfindən Nova Academynin təşkilatçılığı ilə həyata keçirilir.

Uşaqlar üçün dizayn və memarlıq dərsləri həftədə 1 dəfə 2 saat olmaqla keçirilir. Övladınız öz yaşıdlarına uyğun uşaqlar ilə qruplaşdırıldıqdan sonra dərslərinə başlayırlar.
Dərs Proqramı
Memarlığın əsasları – məkan, forma və funksiyanın izahı, tarixi və müasir memarlıq nümunələri
Çertyoj və texniki təsvir – sadə eskizlərdən başlayaraq, peşəkar memarlıq çertyojlarına keçid
Maket hazırlığı – müxtəlif materiallarla (karton, taxta, plastik və s.) üçölçülü modellərin hazırlanması
Dizayn prinsipləri – rənglərin uyğunluğu, interyer və eksteryer dizaynı, kompozisiya və balans
Layihə işi – hər rüb uşaqlar öz fərdi və ya komanda layihəsini hazırlayır və təqdim edir
Tarixi və müasir memarlıq üslubları – qədim Yunan-Roma memarlığından müasir “high-tech” üslubuna qədər tanışlıq
Dərslərin Üstünlükləri
Rusiyadan gəlmiş peşəkar müəllimlər – memarlıq və dizayn sahəsində böyük təcrübəyə malik mütəxəssislər
Sertifikatlı proqram – kursu uğurla bitirən hər bir şagird beynəlxalq səviyyədə tanınan Brick To Brick sertifikatı əldə edir
Real layihə təcrübəsi – uşaqlar təkcə nəzəriyyə deyil, həm də real maket və layihələr üzərində işləyirlər
Fərdi yanaşma – hər bir uşağın marağı və bacarığına uyğun inkişaf planı hazırlanır
Komanda işi bacarıqları – uşaqlar birgə layihələrdə əməkdaşlıq etməyi öyrənirlər
Bu dərslər uşaqlara gələcəkdə memarlıq, interyer dizaynı və mühəndislik sahələrinə hazır olmaq üçün möhkəm təməl yaradır. Onlar məkan düşüncəsinə yiyələnir, yaradıcı özünüifadə bacarığı qazanır və gələcəkdə universitet seçimində üstünlüyə sahib olurlar.
Dərslərin Aylıq Ödənişi 140 azn